Edamdan əvvəl əfv olundu
18 yanvar 2020 09:29 (UTC +04:00)

Edamdan əvvəl əfv olundu

 

ABŞ sakini Cimmi Meders ölüm hökmünün icrasına bir neçə saat qalmış əfb ediblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Meders barəsində ən ağır cəza 1989-cu ildə sutka ərzində işləyən mağazadan oğurluq zamanı əməkdaşlardan birini qətlə yetirdiyinə görə verilib.  

Məlumata görə, məhkuma ölümcül iynə yanvarın 16-da vurulmalı idi. Lakin son anda əfv komissiyasının üzvləri belə ağır cəzanı ləğv etmək qərarına gəliblər. O, azadlığa buraxılmaması şərtilə ömürlük cəza ilə əvəz olunub. 

Təqsirkarın əfvi barədə qərar qəbul edilməsinə onun cinayət törədə qədər məhkumluğunun olmaması da rol oynayıb. 

Əgər əvvəlki hökm icra olunsaydı, Meders Corciya ştatında iynə vurulmaqla edam edilən 53-cü məhkum olacaqdı.

 

# 1360
avatar

Oxşar yazılar