13:27
17 Yanvar 2020

Kavaniyə növbəti təklif “Mançester Yunayted”dən gəldi


PSJ-nin futbolçusu Edinson Kavani daha bir klubun maraq dairəsinə düşüb.

Lent.az -ın məlumatına görə, uruqvaylı hücumçu “Atletiko”dan sonra “Mançester Yunayted”dən təklif alıb.

Kavani “mankunianlar”ın heyətinə mövsümün sonunda qoşula bilər. Belə ki, həmin vaxt o, azad agent statusu daşıyacaq və bunu bilən ingilislər fürsətdən yararlanmaq istəyirlər. Əslində “Mançester Yunayted” rəhbərliyi əvvəlcə Kavanini qışda transfer etmək istəyib. Lakin PSJ-nin bu keçidə görə 30 milyon avro tələb etməsi qarşı tərəfi yayı gözləməyə məcbur edib.

Qeyd edək ki, Edinson Kavani 2013-cü ildən PSJ-nin formasını geyinir.

Dİgər xəbərlər