İker Kasilyas prezidentliyə namizəd olacaq
17 yanvar 2020 12:31 (UTC +04:00)

İker Kasilyas prezidentliyə namizəd olacaq

"Portu"nun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədir.

Apasport.az saytının "Marca" nəşrinə istinadən məlumatına görə, "Real"ın əfsanəvi qolkiperi bununla bağlı hazırlıqlara başlayıb.

Səhhətindəki problem səbəbindən uzun müddətdir yaşıl meydanlardan uzaq düşən İspaniya millisinin sabiq üzvü tezliklə karyerasını bitirmək və növbəti seçkilərdə federasiya prezidentliyinə namizədliyini irəli sürmək fikrindədir. Hətta azarkeşlərlə aparılan sorğuda respondentlərin 96%-i Kasilyasın uğurlu prezident olacağına inandığını vurğulayıb.

"Real"ın yetirməsi olan İker Kasilyas 2015-ci ildən "Portu"nun formasını geyinir.

# 1173
avatar

Oxşar yazılar