476
10:34
17 Yanvar 2020

DİM-də TOEFL imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 18-də TOEFL IBT imtahanı keçiriləcək.

DİM-dən Lent.az -a verilən məlumata görə, TOEFL IBT imtahanı 2020-ci il yanvarın 18-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

Qeyd edək ki, TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq mümkündür.