İki ada su altında qaldı: Daha dördü yox ola bilər
16 yanvar 2020 19:22 (UTC +04:00)

İki ada su altında qaldı: Daha dördü yox ola bilər

 


İndoneziyanın Cənubi Sumatra əyalətindəki iki sahibsiz ada iqlim dəyişikliyindən sonra dəniz səviyyəsinin qalxması səbəbindən su altında qalıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, İndozeyinanın ətraf mühiti forumunun açıqlamasına görə, su altında qalanlar o qədər də böyük olmayan, müvafiq olaraq dəniz səviyyəsindən 1 və 3 metr aşağıda olan Bete və Qundul adalarıdır. 

Qeyd edilir ki, Betet Berbak-Sembilanq milli parkının bir hissəsi idi.

Məlumata görə, əgər okeanın səviyyəsinin qalxmasına qarşı mübarizə aparılmazsa, İndoneziyada daha 4 adanın yox olmaq təhlükəsi var. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1514

Oxşar yazılar