Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26 758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D. İbayev, X. Hüseynov, əvvəllər məhkum olunmuşlar - B. Cabbarov və T. Həbiyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.