Quba rayonu, Birinci Nügədi kənd sakini Nəbi Şərifovun kəsilmiş-deşilmiş bədən xəsarəti diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində xuliqanlıq hərəkətləri zəminində zərərçəkənə xəsarət yetirdikdən sonra həmin ərazidən uzaqlaşaraq gizlənən kənd sakini, 55 yaşlı Rauf Muradov gecə saatlarında saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Nəbi Şərifova bıçaqla xəsarət yetirdiyini bildirib.
Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.