DİM bu insanlar üçün sınaq imtahanı keçirəcək
15 yanvar 2020 15:46 (UTC +04:00)

DİM bu insanlar üçün sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız, alman) fənləri üzrə imtahana daha da səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanları keçirəcək.

DİM-dən Lent.az-a verilən məlumata görə, sınaq imtahanları yanvarın 18-də baş tutacaq. 

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat yanvarın 17-də saat 17.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün https://eservices.dim.gov.az/elimt/DocSinaq keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1663

Oxşar yazılar