Şəhidlərə ithaf olunmuş musiqili tamaşa oynanılacaq
15 yanvar 2020 09:52 (UTC +04:00)

Şəhidlərə ithaf olunmuş musiqili tamaşa oynanılacaq

Şəhidlərin xatirəsinə ithaf edilmiş “Mübariz” adlı musiqili tamaşanın premyerası olacaq.

Lent.az xəbər verir ki, müəllifləri Şahin Musaoğlu və Nərminə Nağıyeva olan musiqili əsərə əməkdar artist İnarə Nağıyeva quruluş verib.

Tamaşanı Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və radiosunun Cahangir Cahangirov adına xoru Şəhla Ələkbərovanın dirijorluğu ilə idarə edəcək.

Tamaşada partiyaları Ramil Qasımov, Cahangir Qurbanov, Səbinə Ərəbli, Taleh Yəhyayev, Tural Ağasıyev, Şaban Səfərov, Elçin Əhədzadə, Aydan Həsənova ifa edirlər.

Premyera Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində yanvarın 17-si saat 19.00- da olacaq.

# 2080
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar