Ermənistanı dövlət kimi tanımırıq - Səfirlik
14 yanvar 2020 17:28 (UTC +04:00)

Ermənistanı dövlət kimi tanımırıq - Səfirlik

 

“Pakistanın Ermənistanla bağlı mövqeyində dəyişiklik yoxdur”.

APA-nın xəbərinə görə, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

“2020-ci il yanvarın 10-da Azərbaycan yerli xəbər saytında Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmasını nəzərdən keçirdiyini iddia edən xəbər dərc olunub. Səfirlik Pakistanın Ermənistanı dövlət kimi tanıması ilə bağlı mövqeyində dəyişiklik olmadığını bəyan edir və əsassız olduğu üçün bu xəbəri təkzib edir”, - deyə açıqlamada qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1703

Oxşar yazılar