Azərbaycan məktəblisi ilk dəfə beynəlxalq olimpiadada informatikadan qızıl medal qazanıb.
Lent.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə məktəblilər arasında 16-cı Beynəlxalq Jautıkov Olimpiadası (IZhO) keçirilib.
Olimpiadada azərbaycanlı şagirdlər informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar.
İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazovun qazandığı qızıl medal bu fənn üzrə beynəlxalq olimpiadalar tariximizdə qazanılan ilk ali mükafatdır.
Qeyd edək ki, Abutalıb Namazov tanınmış jurnalist Şahvələd Çobanoğlunun oğludur.