“Qalatasaray” axtardığını İngiltərədə tapdı
14 yanvar 2020 11:09 (UTC +04:00)

“Qalatasaray” axtardığını İngiltərədə tapdı

 

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Şkodran Mustafi karyerasını Türkiyədə davam etdirə bilər. 

Lent.az-ın məlumatına görə, almaniyalı futbolçu ilə “Qalatasaray” yaxından maraqlanır.

Uzun müddətdir müdafiəçi axtarışına çıxan “cim-bom” Mustafiyə rəsmi təklif göndərəcək. Bildirilir ki, 27 yaşlı oyunçu da komandasını dəyişmək istəyir. O, “Arsenal”da ehtiyatda qalmasından narazıdır və əsas heyətdə oynaya biləcəyi kluba keçmək niyyətindədir. Elə “Arsenal” rəhbərliyi də Mustafi ilə yolları ayırmağa qarşı deyil.

Qeyd edək ki, karyerası ərzində “Everton”, “Sampdoriya” və “Valensiya” klublarında da oynamış Şkodran Mustafi 2016-cı ildən “Arsenal”ın formasını geyinir.

 

# 1273
avatar

Rizvan Babayev

Oxşar yazılar