“Həkimlərin köməkliyi ilə vəziyyətim getdikcə düzəlir”.
Bunu Lent.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. Onun sözlərinə görə, hazırda məzuniyyətdədir:
“Məzuniyyət zamanı rayona getmişdim və telefonuma zəng çatmırdı. Ona görə də dedilər ki, guya xaricdəyəm. Ancaq yayılan məlumat yalnış idi.
Səhhətimlə bağlı ciddi problemim yoxdur”.