“Mənəm, mən...” tamaşası növbəti dəfə oynanılacaq
13 yanvar 2020 14:23 (UTC +04:00)

“Mənəm, mən...” tamaşası növbəti dəfə oynanılacaq

Azərbaycan Dövlət “Yuğ” Teatrının Imadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...”  tamaşası növbəti dəfə yanvarın 26-da oynanılacaq.

Lent.az xəbər verir ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşa mistik-psixoloji dramı janrındadır.

Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

# 2405
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar