11:01
13 Yanvar 2020

“Qarabağ”dan ayrıldı, “Milan”la müqavilə bağlayacaq


Qış “transfer pəncərəsi”ndə “Qarabağ”dan ayrılan Asmir Beqoviç karyerasını İtaliyada davam etdirəcək.

Lent.az -ın məlumatına görə, bosniyalı qapıçının “Milan”la razılığa gəldiyi bildirilir.
Bu barədə məlumatı öz Tvitter səhifəsində italiyalı jurnalist Matteo Moretto yayıb. 32 yaşlı qolkiperin Milan şəhərinə yollandığı və tibbi müayinədən keçdikdən sonra sözləşməyə qol çəkəcəyi qeyd olunub.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus olan Beqoviç ötən ilin sentyabrından dekabrın sonuna qədər “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubunda 17 oyunda meydana çıxıb.

Dİgər xəbərlər