Vilayət Eyvazov polis polkovnikini işdən çıxardı
12 yanvar 2020 12:34 (UTC +04:00)

Vilayət Eyvazov polis polkovnikini işdən çıxardı

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

Lent.az BakuPost-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovu tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

T.Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.

Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.

# 17585
avatar

Oxşar yazılar