10 gün sonra yaşadığı evdən meyiti tapıldı
10 yanvar 2020 22:14 (UTC +04:00)

10 gün sonra yaşadığı evdən meyiti tapıldı

 

Astara sakininin meyiti yaşadığı evdə aşkarlanıb. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ölən şəxs Astara şəhər sakini, 1954-cü il təvəllüdlü Lətif Məmməd oğlu Əliyevdir. 

Mərhumun qardaşı onunla əlaqə yarada bilmədiyi üçün hüquq-mühafizə orqanlarına məlumat verib. L.Məmmədovun yaşadığı evə baxış keçirilərkən onun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. İlkin müayinə nəticəsində ölümündən 10 gündən çox vaxt keçsə də, meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2221

Oxşar yazılar