1856
15:00
11 Yanvar 2020

Balıq sırdağının hazırlanması: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Mətbəx Sirləri” adı ilə məşhur olan səhifəyə istinadla balıq sırdağının necə hazırlanması ilə tanış edəcəyik.

Ərzaqlar:

Kütüm balığı, 2 dəstə cəfəri, 2-3 diş sarımsaq, 3-4 pomidor, 5-6 alça, yarım limonun suyu və ya abqora, kərə yağı, duz, istiot.

Hazırlanması:

Öncə balığı yuyub təmizləyirik. Sonra doğrayıb, duz, istiot vurub kərə yağında qızardırıq. Daha sonra balıqları bir qaba yığıb, həmin yağda xırda doğradığımız sarımsağı qızardırıq. Sonra sarımsağın üzərinə balıqları, doğranılmış göyərtini, pomidoru və alçanı yığırıq. Daha sonra üzərinə limon suyunu əlavə edib, ocağa yerləşdirib, vam odda 30-40 dəqiqə bişiririk.

Nuş olsun!