Ölkəni sarsıdan qətldə şübhəli bilinən kimdir?
10 yanvar 2020 18:05 (UTC +04:00)

Ölkəni sarsıdan qətldə şübhəli bilinən kimdir?

Xəbər verdiyimiz kimi, Nərmin Quliyevanı öldürməkdə təqsirli bilinən 46 yaşlı İlkin Süleymanov istintaqa cəlb olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Tovuz rayonu, Dondar Quşçu kənd sakini İ.Süleymanov Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Ancaq psixi durumu ilə əlaqədar təhsilini yarımçıq qoyaraq kəndə qayıdıb. Əmək fəaliyyəti ilə məşğul olmayan İ.Süleymanov heç vaxt ailə həyatı qurmayıb. Psixi durumundakı pozğunluq ucbatından kənddə valideynləri ilə birgə yaşayıb.

Atası İbrahim Süleymanov isə kənd orta məktəbində fizika müəllimi işləyib. Kənd sakinləri arasında böyük hörməti olub. Ayağı sındığı üçün hazırda yataq xəstəsidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9859

Oxşar yazılar