Keçmiş məhkum qadının evindən oğurluq etdi
10 yanvar 2020 14:47 (UTC +04:00)

Keçmiş məhkum qadının evindən oğurluq etdi

 

 

Yevlax rayonu, Tanrıqulular kənd sakini H. Bağırovanın evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, o, Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2019-cu ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edildiyini bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanılıb. Araşdırmalarla R. Cəfərovun 2 ədəd videokamera, 5 ədəd yaddaş kartı, 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o törtədiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850

Oxşar yazılar