Alimlər süni dəri hazırladı: toxunuşa reaksiya verir
10 yanvar 2020 19:08 (UTC +04:00)

Alimlər süni dəri hazırladı: toxunuşa reaksiya verir

Alimlər hidrogeldən toxunuşlara, istiliyə və başqa manipulyasiyalara reaksiya verən süni dəri hazırlayıblar.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, material daşınan elektronika, yumşaq robot və başqa qurğuların hazırlanmasında tətbiq edilə bilər.

Alimlər tərəfindən hazırlanmış süni dərinin istehsalı ucuzdur, tamamilə biouyğundur və asanlıqla dartılır. Sonuncu xüsusiyyət onu əsl dəriyə bərkitməyə imkan verəcək.

Bundan əvvəl Münhen Texniki Universitetinin mühəndisləri toxunuşlara reaksiya verən sintetik dəri hazırlamışdılar. Onlar həmin materialın köməyi ilə bütün “bədəni” süni dəri ilə örtülmüş ilk humanoid robot hazırlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1399

Oxşar yazılar