Bakıda quldurluq edən keçmiş məhkum saxlanıldı
10 yanvar 2020 19:28 (UTC +04:00)

Bakıda quldurluq edən keçmiş məhkum saxlanıldı

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, nazirliyin “102” Zəng Mərkəzinə quldurluq  barədə məlumat daxil olub. Müraciətlə əlaqədar Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının  apardığı araşdırmalarla müəyyən edilib ki, yanvarın 9-da saat 1 radələrində D.Əliyeva küçəsində Bakı şəhər sakini A.Mustafayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə sərnişin qismində minən şəxs Z.Bünyadov prospektinə gedəcəyini bildirib və qeyd edilən prospektdə sürücünü bıçaqla hədələyərək pulunu alıb düşərək hadisə yerini tərk edib.

Nərimanov rayon 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147

Oxşar yazılar