Keçmiş məhkum iki evdən 5 min dollardan çox pul oğurladı
10 yanvar 2020 19:16 (UTC +04:00)

Keçmiş məhkum iki evdən 5 min dollardan çox pul oğurladı

Sumqayıtda iki ev qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən ümumilikdə 5300 dollar, 1 ədəd fotoaparat və 100 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1432

Oxşar yazılar