Şəmkirdə itən 17 yaşlı qız tapıldı
10 yanvar 2020 12:26 (UTC +04:00)

Şəmkirdə itən 17 yaşlı qız tapıldı

Şəmkirdə itkin düşən şəxs tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyalə Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Şəmkir rayon  sakini, 2002-ci il təvəllüdlü X.Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki  yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4376

Oxşar yazılar