Rusiyanın Komi Respublikasında “Lukoyl”a məxsus neftayırma zavodunda güclü partlayışdan sonra yanğın baş verib.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, hadisə dizel yanacağı emalı zavodunda qeydə alınıb. Yanğının sahəsi 200 kvadratmetrdir. Yanğın nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.