Bu gün ilin ilk Ay tutulması baş verəcək.
Lent.az məlumat verir ki, tutulma yanvarın 11-nə keçən gecə müşahidə olunacaq. Ay tutulması saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq.
Təbiət hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün, adi gözlə müşahidə etmək çətin olacaq.
Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.