Psixoloq qətlə yetirilən qızın ailəsi ilə görüşdü
09 yanvar 2020 12:23 (UTC +04:00)

Psixoloq qətlə yetirilən qızın ailəsi ilə görüşdü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial işçisi və psixoloqu Tovuz rayonunun Dondar Quşçu kəndində yanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın ailəsini ziyarət edib.

Komitədən Lent.az-a verilən məlumata görə, ziyarət zamanı ailənin digər uşaqları və valideynlərlə söhbət aparılıb, ailə sosial-psixoloji baxımdan qiymətləndirilib. Məlumatda qeyd olunub ki, ehtiyac olacağı təqdirdə ailə ilə müvafiq işlər aparılacaq.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3628

Oxşar yazılar