
İlk “Sony” elektromobili təqdim edildi - VİDEO

"Sony" şirkəti "CES 2020" sərgisində "Bosch", "NVIDIA", "Continental", "Magna" və "Genetex" kimi nəhənglərlə tərəfdaşlıq haqqında saziş imzalayaraq ilk elektromobilin prototipini təqdim edib.
Lent.az "ictnews"a istinadən xəbər verir ki, "Sony Vision-S" adlı konseptual avtomobil ilk növbədə müasir texnologiyaların avtomobil sənayesində istifadəsini nümayiş etdirir. Şirkət bir neçə il ərzində avtomobil idarəetməsini daha rahat edən avtomobil sensorlarının inkişafı üzərində çalışıb.
Nəticədə "Vision-S" avtomobilin həm eksteryerinə, həm də interyerinə tam nəzarət edən 33 sensorla təchiz edilib. Ötürücülər lazımi təhlükəsizliyi təmin edərək piyadaların vurulmasını və avtomobillərlə toqquşmaların qarşısını alır. "Sony" nümayəndələrinin sözlərinə görə, avtomobildə "Reality Audio" panoram səs texnologiyası ilə təchiz edilən informasiya əyləncə sisteminə xüsusi diqqət yetirilib.
"Vision-S" platforması sənaye nəhəngi "Magna" tərəfindən hazırlanıb.
Avtomobilin texniki xüsusiyyətləri, o cümlədən avtopilot sisteminin inteqrasiyası və satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Oxşar yazılar

Ərdoğan İlon Maskla kosmik əməkdaşlığı müzakirə etdi
27 yanvar 2021 , 23:40Gənc reper özünü öldürdü
27 yanvar 2021 , 19:19
Evli sevgilisini güllələyib sonra da...
27 yanvar 2021 , 16:44
Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10