Ərdoğanla Putin arasında danışıqlar başa çatdı - YENİLƏNİB
08 yanvar 2020 16:22 (UTC +04:00)

Ərdoğanla Putin arasında danışıqlar başa çatdı - YENİLƏNİB

İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən danışıqlar başa çatıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Ərdoğan və Putin arasında görüş saat yarımdan çox çəkib.

Rusiya və Türkiyə liderləri nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda görüş keçiriblər.

 

Görüşdə liderlərdən savayı tərcüməçilər də iştirak ediblər.

***

14:59

İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar başlayıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, liderlər iki ölkə arasında əməkdaşlığa dair məsələləri, eləcə də Suriya və və Liviya daxil olmaqla regiondakı vəziyyəti və ABŞ-la İran arasında yaranan gərginliyi müzakirə edəcəklər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin "Türk axını" qaz kəmərinin açılışında iştirak etmək üçün İstanbulda işgüzar səfərdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1627

Oxşar yazılar