367 şagird “Sabahın alimi” olmaq istəyir
08 yanvar 2020 12:54 (UTC +04:00)

367 şagird “Sabahın alimi” olmaq istəyir

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə elektron qeydiyyat yekunlaşıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən 367 nəfər www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn qeydiyyatdan keçib. Qeydiyyatdan keçən şagirdlərdən 214 nəfər layihələrini müsabiqəyə təqdim edib.

Qeyd edək ki, müsabiqə fevralın 11-13-də Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF) çərçivəsində keçiriləcək.

Müsabiqənin təşkilində məqsəd yerli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Yüksək elmi tədqiqat nəticələri əldə edən Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək də məqsədlər sırasındadır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265

Oxşar yazılar