11:17
08 Yanvar 2020

Keçmiş futbolçu silahlı hücumda yaralandı, xəstəxanaya yerləşdirildi


Keçmiş serbiyalı futbolçu Darko Kovaçeviç silahlı hücuma məruz qalıb.

Lent.az -ın məlumatına görə, hadisə dünən Yunanıstanda baş verib.

Naməlum şəxslər “Olimpiakos”un sabiq hücumçusuna evinin qarşısında odlu silahdan atəş açıblar. Daha sonra avtomobillərinə əyləşərək, hadisə yerindən uzaqlaşıblar. Dizindən yaralanan Kovaçeviç xəstəxanaya yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

İnsidentin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır. Polis cinayətkarların izinə düşüb.

Qeyd edək ki, karyerası ərzində “Yuventus” və “Latsio” kimi klubların da formasını geyinmiş Darko Kovaçeviçin ən parlaq dövrü “Real Sosyedad”da olub. O, İspaniya təmsilçisində türkiyəli futbolçu Nihat Kahveci ilə əla tandem təşkil edib.

Dİgər xəbərlər