1938
16:48
07 Yanvar 2020

Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız səyahət edə bilər?

İsveçrənin "Henley&Partners" şirkəti dünya ölkələrinin pasportlarının yeni reytinqini açıqlayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, siyahıya Yaponiya liderlik edir. Belə ki, Yaponiya pasportu daşıyan insanlar dünyanın 191 ölkəsinə vizasız səyahət etmək imkanına malikdirlər. Reytinqdə ikinci yeri Sinqapur (190 ölkə), üçüncü Almaniya və Cənubi Koreya Respublikası (189 ölkə) tutublar. İlk onluqda Finlandiya, İtaliya, Danimarka, İspaniya, Lüksemburq, İsveç, Fransa, İsveçrə, Portuqaliya, Niderland, İrlandiya, Avstriya, ABŞ, Böyük Britaniya, Norveç, Yunanıstan, Belçika, Yeni Zelandiya, Malta, Çexiya, Kanada, Avstraliya, Slovakiya, Litva, Macarıstan qərarlaşıblar.

Azərbaycan isə siyahıda Filippinlə birlikdə 76 yeri tutub. Azərbaycan pasportunu daşıyan vətəndaşlar dünyanın 67 ölkəsinə vizasız səyahət edə bilərlər.

Gürcüstan siyahıda 53-cü (116 ölkə), Türkiyə 55-ci (111 ölkə), Rusiya 51-ci (118 ölkə), Ermənistan isə 81-ci (62 ölkə) yerdə qərarlaşıb.