Bakının Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, hazırda qeyd edilən ərazidə (metronun "Qara Qarayev" stansiyası istiqamətində) sıxlıq müşahidə olunur.