İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı artır.
APA-nın İran müxbiri xəbər verir ki, ölkənin Təcili Tibbi Yardım Xidmətinin yaydığı məlumatda izdihamda ölənlərinin sayının 40-a, yaralananların sayının isə 213-ə çatdığı bildirilir.
Qeyd edək ki, izdihamda kütləvi ölənlərin və yaralananların olması ilə əlaqədar Q. Süleymaninin dəfn mərasimi təxirə salınıb.
***
13:48
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı məlum olub.
APA-nın yerli bürosunun İran dövlət televiziyasının saytına istinadən verdiyi xəbərə görə, Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.
***
saat 13:28
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlər var.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.
Ölənlərin dəqiq sayı barədə açıqlama verilməyib.
P.Kulivənd hadisə nəticəsində yaralananların da olduğunu bildirib.