
Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı AÇIQLANDI

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan olunan bayram günlərində Azərbaycanın milli parklarına 2000-ə yaxın turist səfər edib.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova məlumat verib. O bildirib ki, milli parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu xaricilər də olub:
"Bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib. Bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti və turistlərin Şahdağ milli parkındakı zubrları və yeni dünyaya gəlmiş zubr balasını görmək istəmələri ilə bağlıdır. Eyni zamanda, digər milli parklarda da turistlərin sayında artım qeydə alınıb. Buna səbəb son dövrlərdə Azərbaycanın milli parklarında ekoturizmin təbliği ilə bağlı həyata keçirilən layihələr və müxtəlif yaş qruplarını əhatə edən əyləncəli guşələrin yaradılmasıdır".

Hicranə Əlişqızı
Oxşar yazılar

Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07
Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54