Silah satan keçmiş məhkum tutuldu
07 yanvar 2020 10:28 (UTC +04:00)

Silah satan keçmiş məhkum tutuldu

Astara sakini odlu silah satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirib. 

Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli odlu silah olan tüfəngi satarkən tutulub.

Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1513

Oxşar yazılar