“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb - YENİLƏNİB
06 yanvar 2020 14:16 (UTC +04:00)

“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb - YENİLƏNİB

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq Bakıya qayıdan “Buta Airways”in J2-9235 nömrəli reys Həştərxana yola düşüb.

 

 

 

 

Bu barədə APA-ya “Buta Airways”ddən bildirilib. Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 13:05-də Həştərxana yola düşüb.

 

11:47

 

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

“Buta Airways”dan “APA-Economics”ə verilən məlumata görə, yerli vaxtla saat 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4786

Oxşar yazılar