52 yaşlı kişinin müəmmalı ölümü
05 yanvar 2020 14:38 (UTC +04:00)

52 yaşlı kişinin müəmmalı ölümü

Göyçay rayonunda intihar hadisəsi  baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Qədirov Nail Firudin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5776

Oxşar yazılar