Liviyanın paytaxtı Tripoli şəhərində hərbi məktəb havadan endirilən hücum zamanı 23 kursant ölüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Onlarla kursantın yaralandığı bildirilir.
Əl-Cəzirə kanalı isə hava zərbəsi nəticəsində ölənlərin sayının 28-ə çatdığını bildirib.
Qeyd edək ki, hərbi məktəb Fayz Sarrajın rəhbərlik etdiyi Milli Barışıq Hökumətinin nəzarətində olan Əl-Hadba əl-Hadra bölgəsində yerləşir.