Sabirabadda qadın dəm qazından boğularaq ölüb
04 yanvar 2020 21:28 (UTC +04:00)

Sabirabadda qadın dəm qazından boğularaq ölüb

 

 

Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. O, Şirvan şəhər xəstəxanasına gətirilərkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4319

Oxşar yazılar