Azərbaycan Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq
04 yanvar 2020 15:08 (UTC +04:00)

Azərbaycan Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq

 

Fiqurlu konkisürmə üzrə Azərbaycan millisi Avropa çempionatına iki idmançı ilə qatılacaq.

Apasport.az saytının məlumatına görə, yanvarın 20-26-da Avstriyanın Qrats şəhərində təşkil olunacaq turnirdə idmançılarımız yalnız fərdi yarışlarda qüvvəsini sınayacaq.

Vladimir Litvintsev kişilərin mübarizəsində çıxış edəcək. Yekaterina Ryabova isə qadınların yarışında buz üzərinə çıxacaq.

Qeyd edək ki, hər iki idmançı ikinci dəfə Avropa çempionatına qatılır. Ötən il Y.Ryabova 12-ci, V.Litvintsev 16-cı yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8407

Oxşar yazılar