Sabah hava necə olacaq? - PROQNOZ
04 yanvar 2020 12:53 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Yanvarın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  7-9° isti olacaq. Atmosfer  təzyiqi 761 mm  civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət  80-90 % olacaq.    

Tibbi-meteoroloji proqnoz:

Yanvarın 05-06-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim  tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Azərbaycanın rayonlarında:

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi cənub və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı  yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-5° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11831

Oxşar yazılar