Amerikalı aktrisa Kameron Diaz 2020-ci ildə ilk dəfə ana olduğunu deyib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə “Instagram” səhifəsində paylaşım edib.
Aktrisanın sözlərinə görə, o və əri – gitarist, “Good Charlotte” qrupunun bek-vokalçısı Benji Meddenlə birgə valideyn olublar. Cütlüyün qız övladı dünyaya gəlib və adını Reddiks qoyublar.
“Körpənin məxfiliyini qorumaq istəyirik, ona görə də fotoşəkillər yaymayacağıq və ya hər hansı bir detal paylaşmayacağıq”, - deyə aktrisa əlavə edib.