Nigeriyada bir qadın var-dövlət gətirmək üçün hazırlanan bir mərasim zamanı oğlunun sevgilisinin ürəyini və döşlərini yeyib.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, Laqos universitetinin sosiologiya fakültəsində oxuyan 22 yaşlı Favur Daley-Oladelenin valideynləri qızın ötən il dekabr ayının əvvəlində yoxa çıxdığını açıqlayıblar.
Polis müəyyən edə bilib ki, tələbənin görüşdüyü 23 yaşlı Ovolabi Adeeko onu aldadıb mehmanxanaya apararaq narkotik qəbul etdirib, sonra özünü yerli kilsənin pastoru elan edən Sequn Filipin yanına gətirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Adeeko orada qızın başını əzib, sonra pastor onun boğazını kəsib, döşlərini qoparıb, ürəyi də olmaqla daxili orqanlarını çıxarıb.
Filip sonra öldürülən qızın orqanlarından ritual yeməyi hazırlayıb. Bu yemək isə Adeeko və onun anasını daha da varlı edəcəkdi.
Bola isə iddia edir ki, qızın öldürülməsi haqda heç bir məlumatı olmayıb, oğlu onu keçi ətindən və orqanlarından yemək hazırladığına inandırıb.
Ana və oğulun hazırda həbs edildiyi bildirilir.