“Mançester Yunayted” müdafiəçi Markos Rohonu satışa çıxarıb.
Lent.az xarici idman saytlarına istinadla xəbər verir ki, komandanın baş məşqçisi Ole-Qunnar Sulşer müdafiəçinin xidmətinə ehtiyac görmür və onu artıq yanvar ayında satmağa hazırdır.
Roho “Mançester Yunayted”ə 2014-cü ildə “Sportinq”dən keçib. O, hazırkı mövsümdə bütün turnirlərdə 9 oyunda iştirak edib.
Müsafiəçi 2010-cu ildən 2012-ci ilədək Moskvanın “Spartak” klubunda oynayıb.
“Mançester Yunayted” bu mövsüm İngiltərə çemponatında turnir cədvəlində 5-ci yerdədir. Komanda 21 turdan sonra 31 xal toplaya bilib.