7005
13:38
03 Yanvar 2020

Faktiki hava AÇIQLANDI

Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, yanvarın 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: 1.0-2.0 mm; Lənkəran-Astara zonasında: 7 -29 mm , Böyük Qafqazda: 2-14; Mərkəzi Aran rayonlarında: 1-4; Qazax-Gəncə zonasında: 1-3; Kiçik Qafqazda: 1-2; Naxçıvan MR-da: Ağdərədə 1 mm olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Kişçayda (Şəki) 15, Xaltanda 9, Şamaxıda 8, Şahdağda 7, Altıağacda 6, Qırızıda 5, Xınalıq, Mərəzədə 4, Ağdərə, Göygöldə 2, Qusar, Gədəbəy, Qubada 1 santimetrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 2-6° isti, dağlıq rayonlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 9-11° şaxta olub.