Sabah yağış yağacaq - PROQNOZ
02 yanvar 2020 13:01 (UTC +04:00)

Sabah yağış yağacaq - PROQNOZ

Azərbaycanda yanvarın 3-də gözlənilən hava şəraiti açıqlanıb. 

Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu  gecə 2-5° isti, gündüz  6-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  6-8° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80 faiz olacaq.   

Azərbaycan rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi  yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz  7-11°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-6° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2479

Oxşar yazılar