İki maşın toqquşdu, sürücülərdən birinin qardaşı öldü
02 yanvar 2020 12:12 (UTC +04:00)

İki maşın toqquşdu, sürücülərdən birinin qardaşı öldü

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 2-də saat 1 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini  S. Baxşıyev idarə etdiyi "Runna" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N. Əkbərova məxsus "QAZel" markalı avtomobilə vurub.

S. Baxşıyevin sərnişini olan qardaşı Vidadi xəstəxanaya yerləşdirilib və orada ölüb.

Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131

Oxşar yazılar