11:21
02 Yanvar 2020

Ötən ilin ən məhsuldar futbolçuları - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bir neçə gün əvvəl başa çatan 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahılarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, üç müxtəlif nominasiya üzrə ən məhsuldar oyunçunu müəyyənləşdirib.

Milli çempionatlarda ən çox qol vuran futbolçu adına Abdelrazak Hamdallah layiq görülüb. O, “Əl-Nəsir” klubunun heyətində 53 qol vurub. Robert Levandovski (“Bavariya”) və Karlos Vela (“Los Anceles”) hərəyə 38 qol vuraraq 2-3-cü yerləri bölüşüb.

Beynəlxalq səviyyəli turnirlərin ən yaxşısı Kriştianu Ronaldo olub. O, milli komanda və qitə kuboklarındakı qol sayında 1-ci yeri tutub. Hesabında 21 top olan bombardir Portuqaliya millisində 14, “Yuventus”da 7 qola sevinib. BƏƏ yığmasında 19 qol vuran “Əl-Cəzirə”nin hücumçusu Əli Mabhut 2-cidir. İngiltərə millisində 12, “Tottenhem”də 7 dəfə fərqlənən Hari Keyn ilk “üçlüy”ü qapayır.

Beynəlxalq səviyyəli qollara 2, milli çempionatlardakı toplara görə 1 xalın hesablandığı ümumi sıralamada Robert Levandovski hamını arxada qoyub. Polşalının 70 (38+16x2) xalı var. Argentinalı Lionel Messi 63 xalla (37+13x2) 2019-cu ilin ikincisi olub. Mərakeşli Abdelrazak Hamdallah 3-cü yerlə kifayətlənib – 61 xal (53+4x2).

Dİgər xəbərlər