Şumaxer daha əvvəlki tək olmayacaq - Həkimi danışdı
01 yanvar 2020 17:21 (UTC +04:00)

Şumaxer daha əvvəlki tək olmayacaq - Həkimi danışdı

Formula-1 pilotu Mixael Şumaxerin beyin cərrahı dünya çempionunun vəziyyəti haqda danışıb.

O deyib ki, Boloniyada müalicə alan Şumaxer sağalsa belə daha əvvəlki kimi olmayacaq: "Şumaxerin vəziyyətinə baxanda bizi çox fərqli bir görüntünün gözlədiyini söyləməliyəm. Qəzadan 6 il keçib. Yarış vaxtı yadımızda qalan insandan daha fərqli birini düşünməliyik. O, nə qədər həssas, ciddi və uzun müddətli bir müalicə edilsə də, çox şeyin dəyişəcəyi qaçılmazdır. Beyin travması  alanda onurğa sistemində pozulma baş verib. Şumaxerin vəziyyətini hər tərəfdən nəzərə almaq lazımdır. Təkcə beyin travmasının ağırlaşması kimi dəyərləndirmək olmaz".

Qeyd edək ki, əfsanəfi pilot 2013-cü ildə Alp dağlarında  xizək sürüşməsi zamanı beynindən ağır zədə alıb.

 

(Qol.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058

Oxşar yazılar